6 günlük nəvəsini öldürən nənə həbs olundu

6 günlük nəvəsini öldürən nənə həbs olundu

Lənkəranda 6 günlük nəvəsini öldürərək quyuya atan nənə həbs olunub. SİA-nın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Rayon Məhkəməsində hakim Fuad Sultanovun sədrliyi ilə məhkəmə iclası keçirilib.

İstintaqın gedişində cinayəti törətməsinə ciddi əsaslar olduğu müəyyən edildiyindən öldürülən 6 günlük körpə Mələk Nuriyevanın nənəsi Atifə Nuriyevaya barəsində dörd ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə