Şirvanda avtomobil yolu keçən qadını vurub

Şirvanda avtomobil yolu keçən qadını vurub

Şirvanda avtomobil yolu keçən qadını vurub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan şəhəri Rəsulzadə küçəsində “KİA” markalı avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Əhmədova Qızxanım Rəncbər qızını vurub. Qadın sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Şirvan RPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə