Gəncə sakini sexdə dünyasını dəyişib

Gəncə sakini sexdə dünyasını dəyişib

Gəncə sakini işlədiyi sexdə dünyasını dəyişib. SİA-nın verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən mebel sexində qeydə alınıb. Orada işləyən şəhər sakini 1957-ci il təvəllüdlü Hüseynov Hamlet Qara oğlunun halı pisləşib. Ona tibbi yardımın göstərilməsinə baxmayarq, həyatını xilas etmək mümkün olmayıb.

H. Hüseynov ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə