Gəncədə oğurluq edən şəxslər saxlanılıb

Gəncədə oğurluq edən şəxslər saxlanılıb

Gəncədə ev və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oöurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri Mirməhəmməd İsmayılov, Rövşən Nərimanov və əvvəllər məhkum olunmuş Mehran Hüseynov tutulublar.

Onlar ötən ilin dekabr ayından bu ilin iyul ayınadək olan müddətdə rayon ərazisində 7 evdən, 9 avtomobildən və 1 mağazadan pul, akkumulyator, tikinti materialları, təmir-tikinti alətləri, geyim və məişət əşyaları oğurlamaqda ittiham edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə