Avtomobil çaya aşıb, bir nəfər ölüb
Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza avqustun 3-ü gecə saatlarında rayonun Güləzi kəndi ərazisində qeydə alınıb. İstirahət etmək üçün Qubaya gələn Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Səmədov Vüsal Xeyrulla oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobil körpünün üzərindən çaya aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin Samir Behbudov hadisə yerində dünyasını dəyişib. Sürücü Vüsal Səmədov isə ağır bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıya müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB