Gəncədə kafe yanıb

Gündüz saatlarında Gəncədə yanğın faktı qeydə alınıb.

SİA-nın FHN-dən verilən məlumata görə, şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 224 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları 90 m² və kafeyə bitişik tikilmiş ümumi sahəsi 75 m² olan lambirdən ibarət talvar yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə