123 yol-nəqliyyat hadisəsi baş verib

123 yol-nəqliyyat hadisəsi baş verib

İyul ayında respublikanın avtomobil yollarında 123 yol-nəqliyyat hadisəsi baş verib.

SİA Daxili İşlər Nazirliyinin saytında yer alan məlumatlara istinadən bildirir ki, yol qəzalarında 63 nəfər ölüb, 204 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, 2017-ci ilin 6 ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 315 nəfər həlak olub, 832 nəfər yaralanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə