Şəmkirdə ağır yol qəzası

Bakı-Qazax magistral yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə yolun 380-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb. Belə ki, “OKA” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı dəmir maneəyə çırpılıb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində 1977-ci il təvəllüdlü Nuriyeva İlhamə Fikrət qızı, Ağstafa rayon sakini 1989-cü il təvəllüdlü Abdullayeva Təhminə Qəşəm qızı və iki azyaşlı uşaq xəsarət alıb.

Onlar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, yaralıların vəziyyəti orta ağırdır.

Müəllif:İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə