Göygöl rayonu, Çaykənd kəndində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Göygöl rayonu, Çaykənd kəndində 67 ha biçilmiş taxıl sahəsi yanıb.
Əkin sahələri və meşə zolağı yanğından mühafizə olunub.
Yanğın saat 18:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB