Xaçmazda yanğın olub

Xaçmaz rayonu, Ağtala kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Xaçmaz rayonu, Ağtala kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan kürsülü, birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17.50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə