Sexdə yanğın

Bu gün Şəmkir rayonunun Düyərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan sexin dam örtüyünün yanar konstruksiyaları 30 m2 və içərisində taxtadan ibarət rəflər 6 m2 sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sexin qalan hissəsi və sexə bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə