Lənkəran sakini qohumu tərəfindən döyülüb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Girdəni kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Fərrux Fərman oğlu Şahbazov Lənkəran rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Məlumata görə, F. Şahbazov dayısı tərəfindən döyülüb.
Baş nahiyəsindən ağır xəsarət alan F.Şahbazovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB