Zaqatalada yanğın olub

Zaqatalada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Zaqatala rayonu, Çüdülübinə kəndində 7 ha quru ot, kol-kos və vətəndaşa məxsus bağ sahəsində 250 ədəd fındıq ağacının 150 ədədi qismən yanıb. Fındıq bağı yanğından mühafizə olunub.

Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə