Xəzərdə bir nəfər xilas edilib

Səhər saatlarında Xəzərdə 1 nəfər xilas edilib. Bu haqda Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumatda bildirilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər azyaşlının dənizdə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri azyaşlını sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 10:00-da başa çatıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə