2 gün öncə Xəzərdə batmış 17 yaşlı gəncin cəsədi tapıldı

2 gün öncə Xəzərdə batmış 17 yaşlı gəncin cəsədi tapıldı

Bu gün gündüz saatlarında iyulun 23-dən axtarışlarına başlanılmış Xəzərdə batmış 17 yaşlı gəncin cəsədi aşkar edilib.

SİA-ya FHN-dən verilən məlumata görə, iyulun 23-dən Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

İyulun 25-də 2000-ci il təvəllüdlü, İsmayılov İdris Rasim oğlunun cəsədi batdığı yerdən 8-10 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 12:50-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə