Gündüz saatalrında Şəkidə yanğın faktı qeydə alınıb.
SİA-ya FHN-dən verilən məlumata görə, rayonun Aydınbulaq kəndində vətəndaşa məxsus “Kamaz" markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 4 ton ot bağlaması, avtomobilə qoşulmuş qoşqunun yanar hissələri və qoşquya yığılmış 6 ton ot bağlaması yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB