Ad günündə 15 nəfər qidadan zəhərləndi

Ad günündə 15 nəfər qidadan zəhərləndi

Şəmkirdə kütləvi zəhərlənmə olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 15 nəfər qidadan zəhərlənib. Belə ki, hadisə rayonun Kür qəsəbəsində ad günü mərasimində baş verib. Xəstələr Şəmkir Mərkəzi Rayon Xəstəxanasına, vəziyyəti daha ağır olan bir nəfər isə Gəncə şəhərinə gətirilib.

Qeyd edək ki, faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif:İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə