Bakı sakini avtomaşınla Şamaxıda 18 və 20 yaşlı iki qadını vuraraq həyatlarına son qoyub
Şamaxıda ağır yol hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Şamaxı rayonu ərazisində Bakı şəhər sakini idarə etdiyi avtomaşınla iki qadını vurub. Belə ki, sentyabrın 20-də saat 00.05 radələrində Şamaxı rayonu ərazisində Bakı şəhər sakini Ağahüseyn Bayramov idarə etdiyi "Opel" markalı avtomaşınla 18 və 20 yaşlı iki qadını vurub. Nəticədə həmin qadınlar hadisə yerində ölüblər.
Hazırda DİN BDYPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB