Gecə saatlarında Qubanın Qəçrəş kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın verdiyi məlumata görə, kənd ərazisində yerləşən "Aynur'' kafesinin yanında Quba rayon Hacıhüseynli kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Ceyhun Əlibala oğlunu avtomobil vurub.
Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən yaralıya qapalı kəllə-beyin travması və baş-beyin əzilməsi diaqnozu qoyulub, xəstə koma vəziyyətindədir.
Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB