Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, sentyabrın 19-da, gecə saat 10.00 radələrində şəhərin Zərifə Əliyeva küçəsində iki "Jiqulu" avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Lənkəran şəhər sakini 21 yaşlı Abbasov Mirxalid Əziz oğlunun idarə etdiyi "VAZ 2106" markalı 42 BB 989 dövlət nömrə nişanlı avtomobil, Lənkəran şəhər sakini, 23 yaşlı Kazımov Şəhriyar Etibar oğlunun idarə etditi "VAZ 2106" markalı 42 BB 430 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və sərnişinlər, 21 yaşlı Ramazanov Rüstəm Tofiq oğlu, 21 yaşlı Rzayev Ramiz Sədaqət oğlu və 17 yaşlı Şahbazov Akşin Səməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırmalar aparılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB