Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun 17-də saat 8.00 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Elçin Babayevin idarə etdiyi “Daevoo Gentra”, Hikmət Baxışovun idarə etdiyi “VAZ-2107”, Əlixan Babayevi idarə etdiyi “Daevoo” markalı sərnişin avtobusu və Gədəbəy rayon sakini Orxan Tağıyevin idarə etdiyi “Volksvagen” markalı avtomobillər toqquşub. Nəticədə E.Babayev və sərnişini Sevinc Paşayeva hadisə yerində ölüblər.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB