Qazax rayonunun Fərəhli kəndində torpaq yolun kənarına baxış keçirilərkən 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar edilərək götürülüb, ümumilikdə 150 kvadratmetr ərazi yoxlanılıb.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat yayıb. Məlumatda bildirilir ki, yanvarın 1-dən iyulun15-dək agentlik tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonlarında, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində bir sıra ərazilərə və obyektlərə baxış keçirilib. Nəticədə 5 min 790 partlamamış hərbi sursat, tank əleyhinə 194 mina və piyada əleyhinə 30 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 4 milyon 688 min 592 kvadratmetr ərazi yoxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB