Hacıqabulda mikroavtobus aşıb

Hacıqabulda mikroavtobus aşıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi qəsəbəsindən keçən hissəsində baş verib.

Hadisəsi nəticəsində bir sıra şəxslər xəsarət alıblar. Bunlar Hacıqabul rayon Qubalı-Baloğlan kənd sakini, 1966-cı il təvəllüldlü Hüseynova Sevda Mənsim qızı, habelə Rəncbər kənd sakinləri - 1956-cı il təvəllüdlü İbrahimova Gülarə Ağasəf qızı və 1985-ci il təvəllüdlü Bağırova Esmira Müzəffər qızıdır. Adıçəkilən şəxslər müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə