Qubada yol-nəqliyyat hadisəsi baş verib

Qubada yol-nəqliyyat hadisəsi baş verib

Quba rayonunun Qusarçay kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun 12-də saat 1.00 radələrində Quba rayonunun Qusarçay kəndi ərazisində Vəlvələ kənd sakini Qismət Ağakişiyev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə