Keçmiş qohumları tərəfindən döyüldü

Keçmiş qohumları tərəfindən döyüldü

Gəncədə döyülmə faktı qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 35 yaşlı Fəxri Hüseynov müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. Tibbi yardım göstərilən şəxsin vəziyyətinin orta-ağır olduğu deyilir.

İlkin məlumatlara görə, Fəxri Hüseynov keçmiş qayınları tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə