Ayaqqabısında heroin aşkar edildi

Ayaqqabısında heroin aşkar edildi

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı vətəndaşın ayaqqabısının sol tayının tərliyinin daban hissəsinin altında, 1 ədəd bükümdə xalis çəkisi 0,124 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə