Bakıda 22 yaşlı gənc özünə qəsd edib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Yasamal rayonunda bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə Nazirliyə məlumat daxil olub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin giriş hissəsinin pəncərəsindən keçərək həmin mənzilə eyvandan daxil olub və giriş qapısını açıblar.
Mənzilə baxış keçirilərkən 22 yaşlı Tural İdris oğlu Hacıyevin meyiti tavandan asılı vəziyyətdə aşkarlanıb. T.Hacıyevin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB