Siyəzəndə yanğın baş verib

Siyəzəndə yanğın baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə dünən rayonun Gilgilçay kəndində qeydə alınıb. Kənd sakini özünə məxsus 6 hektar biçilmiş taxıl sahəsini yandırıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Siyəzən Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb və söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə