Bakı şəhər sakini Əflatun Yusifovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirmiş Ayaz Hüseynov tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun 6-da saat 2 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının qarşısında Qazax rayon sakini Ayaz Hüseynov münaqişə zəminində orada həkim işləyən Bakı şəhər sakini Əflatun Yusifovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
Ə.Yusifov xəstəxanaya yerləşdirilib.
A.Hüseynov Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB