Masallıda iki avtomobil toqquşub

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, Yeddioymaq kəndi ərazisində VAZ 2106 markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə dörd nəfər xəsarət alıb. Xəsarət alanların kimliyi müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə