Dünən Göyçayda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, Göyçay rayonu, Qarabaqqal kəndində vətəndaşa məxsus “QAZ” markalı minik avtomobilinin yanar hissələri və avtomobilin banına yığılmış 700 kq ot bağlamasının 200 kq-ı yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB