Sumqayıtda yanğın olub

Sumqayıt şəhərində yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, şəhərdə ümumi sahəsi 720 m2 olan ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin bir otağının, dəhlizinin yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb, 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə