Oğurluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

Oğurluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən cinayət işi üzrə məhkəmənin Tamilla Abdulsalamovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

SIA-nın xəbərinə görə hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə T. Abdulsalamova barəsində həbs qətimkan tədbiri seçib və o, məhkəmə zalında həbs olunub.

Məhkəmə baxışı iyulun 5-nə təyin edilib.

Qeyd edək ki, təsirləndirilən şəxs Bakıda yerləşən mənzillərdən 20 min manatlıq oğurluqda təqsirləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə