Avtobus sürücüsünün apellyasiya şikayətinə baxılır

Avtobus sürücüsünün apellyasiya şikayətinə baxılır

akı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Dünyamalı Rzayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. SİA-nın xəbərinə görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin ilkin baxışı iyulun 10-na təyin edilib.

Qeyd edək ki, bu il aprelin 8-də, saat 10:39-da paytaxtın Nizami rayonu ərazisində 103 saylı marşrut xəttinin sürücüsü, 1988-ci il təvəllüdlü Dünyamalı Rzayev idarə etdiyi “Otoyol” markalı, 90 OG 171 dövlət nömrə nişanlı avtobusla həmin vaxt yolu keçən piyada, 1954-cü il təvəllüdlü Svetlana Jitovanı vurub. Daha sonra hərəkətdə olan 30 saylı marşrut xəttinin sürücüsü, 1984-cü il təvəllüdlü Vasif Əliyevin idarə etdiyi “Daewoo” markalı 10 TG 373 dövlət nömrə nişanlı avtobusla toqquşub. Sonuncu idarəetməni itirərək Araslan Xəlilovun idarə etdiyi “VAZ 2107” markalı 10 LG 127 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Hadisə nəticəsində piyada S.Jitova aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobuslarda olan sərnişinlərdən 10-u müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. D. Rzayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə