Göyçay rayonunun Çərəkə kəndində kənd sakini Sadiq Musayevi qətlə yetirməkdə şübhəli bilinən Ucar rayon sakini Seymur Xanməmmədov tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, İyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə RPŞ-yə müraciət olunub. Göyçay rayon prokurorluğunun və RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib. Meyit eksqumasiya edilib. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Xanmaməmədov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB