Ər arvadını döyüb xəstəxanalıq etdi

Ər arvadını döyüb xəstəxanalıq etdi

Daşkəsəndə ər arvadını döyərək, ağır xəsarət yetirib. Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü, 3 uşaq anası Cəfərova Xacay Ramiz qızı ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yaradım Xəstəxanasına çatdırılıb. Komada olan qadının vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, X. Cəfərovanı həyat yoldaşı Elnur Cəfərov döyüb.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə