Oğurluqda şübhəli bilinən şəhər sakini tutulub

Oğurluqda şübhəli bilinən şəhər sakini tutulub

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Seymur Osmanov tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aprelin 18-də İlqar Quliyevə məxsus avtomobildən telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Osmanov tutulub

Bütün xəbərlər Facebook səhifəmizdə