11 yaşlı uşağı maşın vurdu

Samux rayonunda 2006-ci il təvəllüdlü Sübhan İsmayılovu maşın vurub. “VAZ 21 09” markalı avtomobili idarə edən Bilal Şammədov yolu keçmək istəyən 11 yaşlı uşağa xəsarət yetirib.

Samux Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, uşaq yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Müəllif:İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə