Yanacaq aparan maşınla mikroavtobus toqquşub

Türkiyədə ağır yol qəzası baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyədə yanacaq aparan maşının mikroavtobusla toqquşması ağır yol qəzası ilə nəticələnib. Belə ki, İstanbulun "İkitelli" bölgəsində baş vermiş qəza nəticəsində 11 nəfər ölüb, 14 nəfər isə ağır bədən xəsarəti alıb. Qəza mikroavtobus sürücüsünün qırmızı işığa məhəl qoymadan yolu keçmək istəməsi nəticəsində baş verib. Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə