Xətaidə qətl hadisəsi törədilib

Xətaidə qətl hadisəsi törədilib

Bakının Xətai rayonunda qətl hadisəsi törədilib. SİA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Xətai rayonu ərazisində yaşayan Sergey Vorobyovun evində bıçaqla qətlə yetirilmiş 30-35 yaşlı qadın meyiti tapılıb.

Araşdırmalar zamanı mayın 31-də həmin qadının S.Vorobyova bıçaqla yüngül xəsarət yetirməsi, S.Vorobyovun isə bıçaqla onu qətlə yetirməsi müəyyən edilib.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Vorobyov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə