Sumqayıtda top mərmiləri aşkarlanıb

Sumqayıtda top mərmiləri aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyunun 4-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi, Kərim Kərimov küçəsi, 25 ünvanında yerləşən məişət tullantıları ərazisinə baxış keçiriblər.

ANAMA-dan SİA-ya bildirilib ki, baxış zamanı 12 ədəd partlamamış hərbi sursat (7 ədəd 122 millimetrlik top mərmisi (OF-460)), 1 ədəd 115 millimetrlik tank mərmisi (BK-115), 1 ədəd 100 millimetrlik top mərmisi (OF-412), 1 ədəd 85 millimetrlik top mərmisi (OF-365), 1 ədəd 76 millimetrlik top mərmisi (OF-353) və 1 ədəd 57 millimetrlik top mərmisi (OR-281U)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 1 300 kvadratmetr ərazi yoxlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə