"N"saylı sərhəd dəstəsinin əsgəri aldığı güllə yarasından dünyasını dəyişib. SİA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 7-də təxminən saat 22.00 radələrində Lənkərandakı "N" saylı sərhəd dəstəsində baş verib.
2009-cu ilin iyul ayında Qusar rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Faiq Nüsrət oğlu Niftəliyev postda olarkən ona məxsus avtomat silahından açılan atəş çənəsinin altından dəyərək onu öldürüb.
İlkin versiya kimi F.Niftəliyevin özünə qəsd etdiyi bildirilir.
Mərhumun meyiti artıq valideynlərinə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB