Şəmkir rayonunda intihar hadisəsi baş verib. Rayonun Səməd Vurğun küçəsində yaşayan, 1976-cı il təvəllüdlü Səfərov Rüstəm özünə qəsd edib. Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, o özünü iplə yaşadığı evin həyətində asıb. R.Səfərovun həyatını xilas etmək mümkün olmayıb.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB