Lənkəranda silahlı insident törətməkdə şübhəli bilinən şəxslərdən 2 nəfəri tutulub

Lənkəranda silahlı insident törətməkdə şübhəli bilinən şəxslərdən 2 nəfəri tutulub

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran rayonunda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. SİA-nın DİN-in internet saytına istinadən verdiyi xəbərə görə, Lənkəran şəhərinin Qumbaşı kəndi ərazisində silahlı insident törətməkdə şübhəli bilinən şəxslərdən 2 nəfəri tutulub.

Xatırladaq ki, sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran şəhərinin Qumbaşı kəndi ərazisində, "VAZ-2107" markalı avtomaşında olan naməlum şəxslər odlu silahdan atəş açaraq kənd sakinləri Elşən Hüseynovu qətlə yetirmiş, Ramin Ağamoğlanova isə xəsarət yetiriblər. R.Ağamoğlanov xəstəxanaya yerləşdirilib.

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən Masallı rayon sakinləri Emil Bağırov və Ramil Hümmətov tutulmuş, digərlərinin də tutulması üçün ŞRPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə