Paytaxtda 17 yaşlı gənc intihar edib

Bakının Xəzər rayonunda yeniyetmə özünə qəsd edib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Türkan qəsəbəsində baş verib. Qaraçuxur qəsəbə sakini 17 yaşlı Teymur Abdullayev özünü binadan aşağı atıb. Ağır xəsarətlər alan yaralı 3 saylı xəstəxanaya yerləşdirilib.

 

Hazırda T.Abdullayevin vəziyyəti ağırdır, hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə