Qəbələdə oğul atasını qətlə yetirib

Qəbələdə oğul atasını qətlə yetirib

25 yaşlı gənc atasını qətlə yetirib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, hadisə Qəbələdə baş verib. Belə ki, Qəbələ rayonunun Tikanlı kəndi ərazisində, kənd sakini 25 yaşlı Müşfiq Bəkirov ailə münaqişəsi zəminində, atası 61 yaşlı Sədrini küt alətlə qətlə yetirib.

 

Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bəkirov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə