Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir. SİA-nın verdiyi məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son günlərdə müəssisəyə narkotik maddə və uyuşdurucu dərman preparatlarının keçirilməsinin qarşısı alınıb.
Belə ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Salmanov Vüsal Ağabəy oğluna xalası oğlu Mənafov İbrahim Dadaş oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman bişmiş ətin içində gizlətdiyi sellofan bükülülərdə çəkisi 0.942 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Qədirov Sabir Qara oğlu müəssisəyə daxil olarkən üstünə və əşyalarına baxış keçirilən zaman alt paltarında gizlətdiyi sellofan bükülüdə 10 ədəd tramadol dərman kapsulu aşkar edilərək götürülüb.
Faktlar üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB