Masallıda 2 nəfər məktəbli arasında dava düşüb və mübahisə onlardan birinin ölümü ilə nəticələnib. Mingəçevirdə isə 50 yaşlı qadın yaşadığı evdə ölü tapılıb. Məktəblilər arasında yaranan mübahisə ölümlə nəticələnib...
Hadisə ötən axşam Masallının Boradigah qəsəbəsində baş verib. 17 yaşlı 2 nəfər məktəbli arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Nəticədə Kənan əliyev gicgah nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məktəblinin meyiti müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə aparılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Mingəçevirdə isə 50 yaşlı qadın evində ölü tapılıb. Hadisə şəhərin Şah İsmayıl Xətai küçəsi 10 ünvanında qeydə alınıb. 10 ilə yaxındır ki, orada yaşayan Kəmalə Məhərrəmovanın meyitini yaxınları evdə aşkarlayıblar. Qonşuların sözlərinə görə, Məhərrəmovlar sakit, mülayim xarakterli insanlar olub. Qadının həyat yoldaşı 5 il öncə vəfat etdib, bundan sonra 3 oğlu ilə birgə yaşayıb. Hadisə yerinə polis əməkdaşları baxış keçirib. Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şöbəsinə aparılıb. Kəmalə Məhərrəmovanın ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB