Gəncədə ehtiyatsızlıq yanğına səbəb olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
48 yaşlı Anar Allahverdiyevə məxsus ev anidən yanmağa başlayıb. Ümumi sahəsi 64 kv/m olan 2 otaqlı evin qarşısındakı çardaqdan başlayan alov daha da şiddətlənib. Alovun söndürülməsinə 3 yanğınsöndürən maşın və 20 canlı qüvvə cəlb edilib. Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan yoxdur.
İlkin ehtimallara görə isə yanğına ehtiyatsızlıq səbəb olub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB