Səbaildə “BMW” markalı minik avtomobili yanıb

Səbaildə  “BMW” markalı minik avtomobili yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, Bakının Səbail rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və qabaq şinləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə